Elm və Texnologiya

27 milyard dollar itirərək dünyanın ən zəngin insanlarının ilk onluğundan çıxdı

Meta Platforms Inc-in (FB.O) səhmlərinin bir gündə rekord ucuzlaşması nəticəsində Mark Zukerberq cümə axşamı günü 29 milyard dollar itirib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, milyarder Jeff Bezos isə, əksinə, Amazon səhmlərinin bahalaşması hesabına sərvətini 20 milyard dollar artırıb.

Meta-nın səhmləri 26% və ya 200 milyard dollardan çox ucuzlaşması nəticəsində, onun təsisçisi və baş icraçı direktoru olan Zukerberqin sərvətini 85 milyard dollar səviyyəsinə endirib.

“Forbes”a əsasən,Mark Zuckerberq şirkətin səhmlərinin ucuzlaşması fonunda dünyanın ən varlı adamlarının ilk onluğundan çıxıb.

Zukerberq əvvəllər Facebook kimi tanınan texnoloji nəhəgin təxminən 12,8%-nə sahibdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)