“Marsa köçməyimiz 1 trilyon dollara başa gələcək”
Leks Fridman yeni podkast yayımlayıb. Orada İlon Mask Marsın kəşfiyyatı, süni intellektin yaradılması, həyat fəlsəfəsi və kriptovalyutaların gələcəyi haqqında danışıb.
ENA.az xəbər verir ki, ümumilikdə, müsahibə 2.5 saat davam edib.
“İnsanın Marsa enişini həyata keçirmək üçün təxminən 5 il, ən pis halda isə 10 il lazım olacaq. Bunun üçün hazırda dünyada ən mürəkkəb və müasir yeni “Starship” raketi sınaqdan keçirilir”, – deyə Mars söyləyib.
Tərtibatçıların əsas məqsədi insanların və lazımi yüklərin qırmızı planetə çatdırılması xərclərini azaltmaqdır. İlon Maskın dediyi kimi, əgər insanlar Marsa indidən köçməyə başlasalar, bu, 1 trilyon dollardan baha başa gələcək.
Gələcəkdə “SpaceX” 1000 “Starship” raketi hazırlamağı və bir milyon insanı Marsa köçürməyi planlaşdırır. Bunun üçün gündə üç raket göndərmək tələb olunur.