Sosial iqtisadiyyat

Gömrük Komitəsi yeni elektron xidmətini istifadəyə verib

Dövlət Gömrük Komitəsinin “e.customs.gov.az” portalı üzərindən göstərilən elektron xidmətlərə daha biri əlavə edilib.

Banker.az xəbər verir ki, bu barədə DGK-nın sədri Səfər Mehdiyev öz rəsmi twitter səhifəsində yazıb.

O qeyd edib ki, “Xidmətlərin statistikası” adlı bölmədə portaldan istifadə haqqında statistik məlumatları əldə etmək olar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)