Sosial iqtisadiyyat

Fevralın 15-dən 3-cü dozanı vurdurmayanlar bu yerlərə buraxılmayacaq - Siyahı

Fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək.

ENA.az xəbər verir ki, bu tarixdən etibarən yaşı 18-dən yuxarı olan həmin vətəndaşların bir çox məkanlara girişinə məhdudiyyət qoyulacaq.

Həmin məkanların siyahısını təqdim edirik:

  1. ictimai iaşə müəssisələri (kafe, restoran və s.)
  2. mehmanxanalar
  3. iri ticarət mərkəzləri
  4. idman və sağlamlıq-bərpa obyektləri
  5. Toy və ya digər şənliklər
  6. Ali təhsil müəssisələri və kolleclər

Həmin tarixdən etibarən yaşı 18-dən yuxarı olan şəxslər qeyd edilən məkanlara yalnız qüvvədə olan COVID-19 vaksin pasportu, immunitet, yaxud əks-göstəriş sertifikatı ilə buraxılacaq.

Bundan başqa, bu tarixdən etibarən dövlət qurumlarında, həmçinin digər iş və xidmət sahələrində çalışan işçilərin vaksin pasportunun, immunitet və ya əks-göstəriş sertifikatının olması tələb ediləcək:

Bütün tibb və əczaçılıq müəssisələri;

Bütün elm və təhsil müəssisələri;

1. Kommunal sahə üzrə:

1.1. elektrik enerjisi, qaz, istilik ilə təchizat;

1.2. su təchizatı və meliorasiya, çirkli suların yığılması və təmizlənməsi;

1.3. tullantıların yığılması, emalı və məhv edilməsi.

2. Nəqliyyat, logistika və kommunikasiya sahəsi üzrə:

2.1. dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti;

2.2. liman xidmətləri;

2.3. logistika xidmətləri;

2.4. telekommunikasiya və rabitə xidmətləri;

2.5. poçt və kuryer fəaliyyəti.

3. Sosial sahə üzrə:

3.1. sosial xidmətlərin göstərilməsi;

3.2. fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxslər üçün baxıcılıq xidməti.

4. Ticarət və ictimai iaşə sahəsi üzrə:

4.1. topdan və pərakəndə ticarət;

4.2. ictimai iaşə;

4.3. yeməklərin göndərilməsi və çatdırılma xidmətləri.

5. Turizm sahəsi üzrə:

5.1. mehmanxanalar və digər yerləşmə vasitələri xidmətləri göstərən müəssisələr;

5.2. turagentliklərinin və turoperatorların fəaliyyəti

6. Maliyyə xidmətləri üzrə:

6.1. maliyyə və sığorta fəaliyyəti (bank, bank olmayan kredit təşkilatları, lombardlar, sığorta təşkilatları, ödəniş xidmətləri).

7. Digər sahələr üzrə:

7.1. poliqrafiya fəaliyyəti, çap və surətçıxarma xidmətləri;

7.2. bütün növ maşın və avadanlıqların quraşdırılması və təmiri;

7.3. kompüterlərin və rabitə avadanlıqlarının, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri;

7.4. avtomobillərə və motosikletlərə texniki xidmət göstərilməsi, onların təmiri və yuyulması;

7.5. kirayə və lizinq fəaliyyəti;

7.6. daşınmaz əmlakın alınması və satılması xidmətləri;

7.7. memarlıq, mühəndislik, layihələndirmə və texniki məsləhətlər verilməsi sahəsində fəaliyyət;

7.8. reklam fəaliyyəti və bazarın öyrənilməsi;

7.9. işə düzəltmə agentliklərinin fəaliyyəti;

7.10. tədris və repetitor xidmətləri;

7.11. tərcümə üzrə xidmətlər;

7.12. dizayn fəaliyyəti;

7.13. fotoqrafiya sahəsində fəaliyyət;

7.14. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər (mühasibat uçotu və audit, hüquq, kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə məsləhət (konsaltinq) xidmətləri və sahibkarlıq subyektlərinə təqdim edilən bu kimi digər iş və xidmətlər);

7.15. istehsal və yaşayış binalarının, mənzillərin təmizlənməsi və yığışdırılması;

7.16. dezinfeksiya xidmətləri;

7.17. toxuculuq və xəz məmulatlarının yuyulması və kimyəvi təmizlənməsi;

7.18. dərzi xidmətləri;

7.19. bərbərxana və gözəllik salonları;

7.20. baytarlıq fəaliyyəti;

7.21. heyvan sığınacaqları;

7.22. istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının fəaliyyəti;

7.23. mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və konfrans zallarının fəaliyyəti;

7.24. hamam xidmətləri

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)