Gündəm

Britaniya Rusiyanın enerji şirkətlərinə qarşı sanksiyalar tətbiq edə bilər

Böyük Britaniya hökuməti yanvarın 31-də Rusiyanın enerji şirkətlərinə qarşı yeni sanksiyalar layihəsini təqdim edə bilər/

Bu barədə “The Times” yazıb. Vurğulanır ki, ölkə Rusiya hökuməti üçün “strateji əhəmiyyət kəsb edən” şəxslərin girişinə qadağa hazırlayır.

Bazar günü Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar sanksiyalar rejiminin sərtləşdirilməsi çərçivəsində rusiyalı iş adamlarının Londondakı əmlakının müsadirə oluna biləcəyini istisna etməyib.

Bu cür tədbirlərin Böyük Britaniya investorlarına təsir edib-etməyəcəyi ilə bağlı qeyd olunub ki, “demokratiya və azadlıq maliyyə maraqlarından daha vacibdir”.

Kreml və Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynanı işğal etmək planlarına dair xəbərləri dəfələrlə təkzib etsə də, ABŞ və Avropa İttifaqı mütəmadi olaraq respublikaya hücuma görə Rusiyaya qarşı sanksiyaların tətbiq olunacağı barədə xəbərdarlıq edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)