Rusiya Tbilisi-Moskva reysini son anda ləğv edib
Bu gün saat 10:00-a təyin olunmuş Tbilisi-Moskva çarter reysi uçuşa 20 dəqiqə qalmış ləğv olunub.
Bu barədə “Gürcüstan Hava Yolları” aviaşirkətindən bildirilib.
Məlumata əsasən, reys ətrafında Gürcüstanda yaradılan ajiotaj problemlərə səbəb olub və Rusiya tərəfi uçuşun yerinə yetirilməsinə müvafiq icazəni ləğv edib. Reysə bütün biletlərin satıldığı vurğulanıb.
Qeyd edək ki, Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar 2019-cu ilin iyulundan dayandırılıb. Bugünkü reys birdəfəlik icazə əsasında həyata keçiriləcəkdi.