Elm və Texnologiya

"Ölkəyə dron gətirməyə icazə məsələsini həll etmək lazımdır"

"Azərbaycana dron gətirilməsi ilə bağlı hələ də qeyri-müəyyən vəziyyət var. Bunun üçün bir neçə qurumdan icazə alınmalıdır. Bu məsələni həll etmək lazımdır".

ENA.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bakıda keçirilən "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda seminarda deyib.

"icazə məsələsini həll etmək üçün proqram müəyyən edilməlidir. Mən bu proqramı hazırlamaq üçün dəstək verə bilərəm", - o qeyd edib.

Bundan başqa, O.Gündüz bildirib ki, kanalizasiya quyularının açılması və digər internet provayderlərinə onlardan istifadəyə imkan yaradılması yaxşı haldır.

"Son illər ölkədə 700-dən çox məktəb yüksəksürətli internetlə təmin olunub. Maraqlısı odur ki, bu məktəblərin təxminən 400-ü son 1 ildə, qalan 300-ü isə əvvəlki 10 ildə internetə çıxış əldə edib. Bu, internet təminatı sahəsində şəffaflığın göstəricisidir. Özəl provayderlərə daha yaxşı şərait yaradılmalıdır ki, onlar da xidmətini genişləndirsin", - o bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)