Səfir: "Azərbaycan xalqının turistlərə təklif edə biləcəyi çoxlu məhsulları var"
"Azərbaycan xalqının turistlərə təklif edə biləcəyi çoxlu məhsulları var və biz bunu xüsusilə iqtisadi sahədə görürük".
Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Petr Mixalko Avrasiya Tərəfdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun icra etdiyi “Agri-Vision” layihəsi çərçivəsində təşkil olunmuş “Aqro-Turizm İnvestisiya Forumu”nda bildirib.
"Azərbaycan rəsmilərinə aqrar sahədə bizimlə əməkdaşlıq etdikləri üçün çox minnətdaram. Bunu çox yaxşı imkan olaraq qiymətləndirirəm. Aİ etibarlı tərəfdaşdır. Biz Azərbaycan əhalisinin gəlirlərinin artırılması, onların təsərrüfatlarının inkişafı üçün əməkdaşlıq edirik. Biz bütün insanlara kömək etməyə çalışırıq. Bizim gördüyümüz işlər kiçik və orta sahibkarların məhsullarının artırılmasına kömək edir. Biz yerli istehsalçılar, xüsusilə aqrar sahədə fəaliyyət göstərən sahibkarları dəstəkləməkdən məmnunuq. Bu sahə Aİ-nın bir çox ölkələrində yaxşı imkanlar yaradıb. Biz bu təcrübələri bölüşməkdən məmnunluq duyuruq. Bu, Azərbaycanla Aİ arasında olan inkişaf etdirdiyimiz güclü tərəfdaşlıqdır", - o qeyd edib.