Navalnı Rusiyada terrorçu elan edildi
Rusiya müxalifətinin lideri Aleksey Navalnı və əqidədaşları "terrorçu, ekstremist fəaliyyətlə məşğul olan təşkilatlar, fiziki şəxslər siyahısı"na salınıb.
ENA.az xəbər verir ki, bu barədə Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidmətinin reyestrində məlumat yer alıb.
Rusiya qanunvericiliyinə əsasən, banklar bu siyahıya daxil olan şəxslərin vəsaitlərini dondurur və xidmətlərini dayandırır.
Qeyd edək ki, 45 yaşlı müxalif siyasətçi 1 ildən artıqdır həbsdədir.