ABŞ Ukraynaya görə qoşunlarını yüksək hazırlıq səviyyəsinə gətirib
Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar olaraq ABŞ öz ərazisində və xarici ölkələrdəki qoşunlarının hazırlıq səviyyəsini artırır.
Bu barədə məlumatı ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi sözçüsü Con Kirbi açıqlayıb.
Onun sözlərinə görə, Pentaqon rəhbəri Lloyd Ostin, həmçinin ABŞ-da bəzi hərbi hissələri Avropaya göndərilmək üçün yüksək hazırlıq səviyyəsinə gətirib.
Burada söhbət 8500 nəfərlik kontingentdən gedir.
C. Kirbi hərbçilərin Avropaya göndərilməsi barədə hələ ki, qərar qəbul edilmədiyini sözlərinə əlavə edib.