Avro hesablaşmalardakı payını itirir, dollar və yuanla ticarət isə artır
![](https://ena.az/uploads/news/2022-01/_ena_62494c1d55e82a87df6f0b9bb_o.jpg)
Dekabrda Çin milli valyutası beynəlxalq hesablaşmalarda istifadə həcminə görə mövqeyini daha da gücləndirib. SWIFT hesablaşma sisteminə görə, yuan artıq dördüncü yerdə qərarlaşıb.
Bloomberg-in məlumatına görə, bu, 2015-ci ilin avqustundan bəri ilk dəfə baş verib.
Yuanın beynəlxalq ödənişlərdə payı noyabrda 2,14%-dən 2,7%-ə yüksəlib.
Ötən ay ABŞ dolları qlobal hesablaşmaların həcminin noyabrda 39,2%-ə qarşı 40,5%-ni, funt sterlinq isə 6,7%-ə qarşı 5,9%-ni təşkil edib.
Avro ilə hesablaşmaların payı 37,7%-lə müqayisədə 36,65%-ə düşüb ki, bu da son səkkiz ayın ən aşağı göstəricisidir.
Yen 2,6% ilə beşinci sıraya düşüb. Yaponiya milli valyutasının qlobal ödənişlərdə payı noyabr ayı səviyyəsində qalıb.