Birja

Neft qiymətləri ABŞ-ın ehtiyatları artırmasına görə ucuzlaşdı - QİYMƏT

Bugün, ABŞ-da enerji ehtiyatları ilə bağlı rəsmi məlumatların dərcindən bir gün sonra keçirilən ticarət sessiyasında neftin qiyməti aşağı düşür.

Londonun ICE Futures birjasında cümə günü saat 9:15-ə Brent markalı neftin mart fyuçerslərinin dəyəri bir barel üçün 86,76 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 1,62 dollar (1,83%) aşağıdır. 

Nyu-York əmtəə birjasında (NYMEX) mart ayı elektron ticarətində WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 83,79 dollar təşkil edir ki, bu da cümə axşamı sessiyanın yekun dəyərindən 1,76 dollar (2,06%) aşağıdır.

Fevral WTI müqavilələri cümə axşamı sessiyanın bağlanması ilə başa çatdı. Bu müqavilələrin dəyəri 0,06 dollar azalaraq 86,9 dollar/barel təşkil edib.

ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 515 min barel artaraq 413,81 milyon barrelə çatıb, ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında deyilir.

Benzinin əmtəə ehtiyatları 5,87 milyon barel artaraq 246,62 milyon barel təşkil edib.

Distillatların kommersiya ehtiyatları 1,43 milyon barel azalaraq 127,95 milyon barelə düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)