Vakansiyalar

"Bank Respublika" işçi axtarır - VAKANSİYA

Bank Respublika ASC IT Departamentinin İnformasiya təminatı şöbəsinə mütəxəssis (SQL Developer) vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə qarşı tələblər:

• Ali təhsil (aidiyyatı sahə üzrə);
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili (əla), rus dili (yaxşı);
• Məlumat bazalarının proqramlaşdırılması üzrə biliklər (SQL, PLSQL);
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Ümumi vəzifə öhdəlikləri:

• Müxtəlif struktur bölmələrin müraciəti əsasında qərar vermək məqsədilə biznes informasiyanın hazırlanması;
• Bankdaxili proseslərin və hesabatların maksimum avtomatlaşdırılması;
• Bank proqramlarında günün bağlanmasının həyata keçirilməsi;
• Proqram təminatı serverinə xidmətin təmin olunması və layihələndirilməsi;
• Məlumat bazasının yaradılması və idarəedilməsi üzrə müasir texnologiyalarla işin aparılması.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri;
• Rəqabətli əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 13 yanvar 2019-cu il tarixinədək, email-in mövzu hissəsində İnformasiya təminatı şöbəsinə mütəxəssis (SQL Developer) qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

• Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək tələblərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
• Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department