“PAŞA Sığorta”nın İdarə Heyəti üzvü vəzifəsindən ayrılıb
“PAŞA Sığorta” ASC-nin İdarə Heyətində yer alan xanım üzv vəzifəsindən ayrılıb, onun yerinə yenisi təyin edilib.
ENA.az Banker.az-a istinadən xəbər verir ki, İdarə Heyətinin üzvü Ülviyyə Elmar qızı Abbasova vəzifəsindən ayrılıb.
Onun yerinə isə İnarə Mirhəsənova Vaqif qızı təyin edilib, lakin müvəqqəti olaraq.
Ü.Abbasova 2019-cu ilin yazında “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinə üzv təyin edilmişdi.
İnarə Mirhəsənova 2009-cu ildən sığorta sahəsində çalışır. “Bakı Sığorta” ASC-nin aktuari kimi çalışmış.
2011-ci ilin mayından 2012-ci ilin dekabrına qədər “Ata Sığortada” aktuari, 2012-ci ilin dekabrından 2016-cı ilin mayına qədər həmin sığorta şirkətində Riskə və maliyyə analitiki şöbəsinin müdiri vəzifəsində olub.
2016-ci ilin yanvarında 2020-ci ilin dekabrına qədər “PAŞA Həyat” ASC-də müxtəlif vəzifələrə təyin edilib. “PAŞA Həyat”da son vəzifəsi Strategiya və investisiyalar departamentinin direktoru idi. 2020-ci ilin dekabrından isə ana şirkət “PASHA Holding” MMC-də çalışırdı.