Qəbələ-Moskva aviareysi açılıb
Qəbələ şəhəri ilə Rusiyanın paytaxtı Moskva arasında yeni müntəzəm aviareys açılıb.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.
Məlumata görə, qonşu ölkənin "Nordwind" aviaşirkəti 189 sərnişin oturacağı olan "Boeing 737-800" təyyarəsində Moskvanın Şeremetyevo Beynılxalq Hava Limanından Qəbələyə ilk reys yerinə yetirib. Uçuş 3 saat davam edib.
Müntəzəm reys həftədə bir dəfə - bazar günləri həyata keçiriləcək. Yerli vaxtla saat 4:10 dəqiqədə təyyarə Qəbələdə enəcək, saat 5:20 dəqiqədə Rusiya paytaxtına qayıtmaq üçün havaya qalxacaq.
"Bütün beynəlxalq norma və tələblərə cavab verən Qəbələ beynəlxalq hava limanı istənilən tip hava gəmisini qəbul etməyə qadirdir", - AZAL bəyan edib.