Qarabağ

ATƏT Ermənistanla Azərbaycana ÇAĞIRIŞ ETDİ

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Azərbaycan və Ermənistanı sərhəddə güc tətbiq etməkdən çəkinməyə və Qarabağ münaqişəsinin həlli üçün dialoqa getməyə çağırır.

ENA.az xəbər verir ki, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədrinin mətbuat katibi Zbiqnev Rau, Polşanın ATƏT-dəki daimi nümayəndəliyinin ikinci katibi Bartoş Kempinski deyib.

“Biz Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izləyirik. Biz Azərbaycan və Ermənistanı güc tətbiq etməkdən çəkinməyə, Qarabağ münaqişəsinin həlli üçün dialoqa getməyə çağırırıq. Polşa ATƏT-in fəaliyyətdə olan sədri kimi regional sülhün, davamlı inkişafın və regional inkişafın təşviqi istiqamətində səyləri yeniləmək və gücləndirmək üçün tərəfdaşlarla işləmək niyyətindədir. Bu baxımdan biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini dəstəkləyəcəyik”, - deyə Bartoş Kempinski bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)