Sığorta

Sığorta şirkətinin rəhbərliyində böyük dəyişiklər olub

“Xalq Həyat” Sığorta Şirkəti ASC-nin rəhbər orqanlarında bir sıra dəyişiklər baş verib.

Məlumata görə, sığorta şirkətini tərk edən və yeni təyin edilənlər var.

Müşahidə Şurasının üzvi olan Seyidov Ruslan Əsəd oğlu vəzifəsini tərk edib. Onun yerinə təyinat baş tutmayıb.

İdarə Heyətinin üzvi olan Yusifzadə Aqşin Mehralı oğlu vəzifəsindən kənarlaşıb, onun yerinə  Quliyeva Aynurə Toğrul qızı müvəqqəti üzv kimi təyin edilib.

Təftiş Komissiyasının sədri Bairamov Vasif vəzifəsindən kənaralaşıb. Onun yerinə sədr kimi indiyədək üzv olmuş Hüseynov Abdulla Bəylər oğlu təyin edilib.

“Xalq Həyat” ASC 2018-ci ildə yaradılıb və 15 mln. manat nizamnamə kapitalı var. Kapitalının 100%-i “Xalq Sığorta” ASC-yə məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)