Gündəm

“Azəriqaz”: “Bir aydan çox evdə olmayacaq abunəçi bizə məlumat verməlidir”

“Azərbaycanda bir aydan çox evdə olmayacaq abunəçi “Azəriqaz”a bu barədə məlumat verməlidir”.

ENA.az xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov deyib.

Qurumun Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyev isə bildirib ki, “Smartcard” tipli sayğacların mexaniki sayğaclarla dəyişdirilməsi yaranan borcla bağlıdır: “Sayğaca baxış keçirildiyi zaman orada onun düz işləmədiyi görünürsə, təchizatçının üzərinə düşür ki, onu dəyişdirsin. Bu, Nazirlər Kabinetinin 2011-ci ildə təsdiqlədiyi 80 saylı qərarda da göstərilib”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)