Sənaye

Ərdoğan “Türkiyə ilk milli döyüş təyyarəsi”nin ilk uçuşunu həyata keçirəcəyi tarixi açıqladı

Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilən TF-X adlı yerli döyüş təyyarəsi 2023-cü ildə təqdim ediləcək.

ENA.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

O bildirib ki, milli döyüş təyyarəsi 2025-ci ildə ilk uçuşunu həyata keçirəcək.

"Milli döyüş təyyarəmiz Hərbi Hava Qüvvələrimizin vurucu gücü olaraq, 2029-cu ildə göylərə qalxacaq" , – deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, şirkət bu gün döyüş təyyarəsi üçün istehsal edilən ilk komponentləri nümayiş etdirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)