Gündəm

Bloomberg: Avropa iki aydan sonra qazsız qala bilər

“Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var”.

Bu barədə “Bloomberg” nəşrində dərc edilən məqladə yer alıb.

Nəşrin müəllifləri qeyd ediblər ki, yanacaq böhranının ilkin şərtləri bərpa olunan enerji mənbələrinə keçid və yerli istehsal olan təbii qazın azalmasıdır. Nəticədə ötən il Avropa ölkələrində külək və günəş enerjisinin qeyri-sabitliyi səbəbindən elektrik enerjisi istehsalı aşağı düşüb.

“Qarşıda qışın ən soyuq iki ayı var və Avropanın qazsız qala biləcəyi ilə bağlı qorxular mövcuddur”, – məqalədə deyilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)