Axtar

Bu gün MDB ölkələri prezidentlərinin qeyri-rəsmi zirvə görüşü keçiriləcək

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçiriləcək.

ENA.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ənənəvi olaraq MDB üzv ölkələrinin dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşü olacaq.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Ermənistanın Baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Kasımjomart Tokayev, eləcə də bu ölkənin ilk Prezidenti, Elbası Nursultan Nazarbayev, Qırğız Respublikasının Prezidenti Sadir Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emoməli Rahmon, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edəcəklər.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33