Qarabağ

Generallar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdəki vəziyyəti təhlil edib

Dekabrın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirədə dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə mövcud vəziyyət təhlil edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsini, xüsusilə qarşıdan gələn bayram günlərində ayıq-sayıqlığın artırılmasını əmr edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)