Qarabağda sahibkarlara əlavə güzəştlər ediləcək
Qarabağ ərazisində sahibkarlıq subyektlərinə əlavə olaraq yeni güzəştlər hazırlanır.
Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirin müavini Sahib Ələkbərov deyib.
Onun sözlərinə görə, bu güzəştlər əvvəl vergiyə aid idisə, hazırda həm də sosial sığortaya da aid olacaq.