Elm və Texnologiya

Boeing və Airbus-dan 5G-yə qarşı çıxdı: "Təhlükəsizliyinə mənfi təsir göstərə bilər"

Dünyanın ən böyük təyyarə istehsalçıları olan “Boeing” və “Airbus” ABŞ hökumətinə 5G texnologiyasının aviasiya sənayesinə böyük zərər verə biləcəyi barədə xəbərdarlıq edib.
Boeing-in baş direktoru Dave Calhoun və Airbus-un baş direktoru Cefri Knittel ABŞ-ın nəqliyyat naziri Pit Buttigieg-ə 5G mobil xidməti ilə bağlı birgə imzalanmış məktub göndəriblər. Məktubda 5G texnologiyasının "aviasiya sənayesinə böyük mənfi təsir göstərəcəyi" ilə bağlı narahatlıq ifadə edilib və əlavə edilib ki, "5G təyyarələrin təhlükəsiz işləməsinə mənfi təsir göstərə bilər".

“Əgər Federal Aviasiya Administrasiyası (FAA) 2019-cu ildə bunu təsdiqləsəydi, indiyə qədər təxminən 345,000 sərnişin təyyarəsi və 5,400 yük təyyarəsi ləngimələr, təxribatlar və ya reyslərin ləğv olunması ilə üzləşəcəkdi”, - deyə məktubda 5G ilə bağlı araşdırmaya istinad edilir. 

Məktubda 5G texnologiyasına keçidin gecikdirilməsi tələb edilib: “Airbus və Boeing 5G təşəbbüsünü başa düşmək üçün Birləşmiş Ştatlarda digər aerokosmik sənaye şirkətləri ilə işləyir”.

ABŞ-ın nəhəng telefon şirkətləri AT&T və Verizon yanvarın 5-dən etibarən C-bandından 5G texnologiyasını təqdim etməyi hədəfləyir.

Digər tərəfdən, sektorda 5G texnologiyasına keçidi müdafiə edən qruplar aviasiya sənayesini “qorxu canavarı düzətməkdə və faktları təhrif etməkdə” günahlandırırlar.

Simsiz sənaye qrupunun aparıcı şirkətlərindən biri olan CTIA-nın CEO-su Meredith Attwell Baker, keçən ay bloqunda verdiyi açıqlamada 5G texnologiyasındakı gecikmənin real ziyana səbəb olacağını bildirmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)