Elm və Texnologiya

Bakıda “PAŞA Holding”in təşkilatçılığı və “Bakcell”in dəstəyi ilə İllik İnnovasiya Sammiti keçirilib

Dekabr ayının 17-də Bakıda Korporativ İnnovasiya mövzusuna həsr edilmiş illik İnnovasiya Sammiti keçirilib. Azərbaycanda ilk dəfə PAŞA Holding tərəfindən təşkil olunmuş sammit Bakcell, PAŞA Bank, PAŞA Həyat, Kapital Bank, PAŞA Sığorta, BP və Caspian Innovation Center şirkətlərinin dəstəyi ilə reallaşıb.

Sammitdə Google şirkətinin innovasiyalar üzrə baş eksperti Dr. Frederik G. Pferdt, London Biznes Məktəbinin professoru, təhsilin idarəedilməsi üzrə məsləhətçi Culian Birkinşau (Julian Birkinshaw) və strategiya, inkişaf və transformasiya üzrə ekspert Kaihan Krippendorff kimi məşhur məruzəçilər iştirak edib. Qonaq məruzəçilər innovasiyaların rəqabət üstünlüklərini necə təmin etməsi, daxili korporativ innovasiyaların və gələcəyə hazır düşüncə tərzinin formalaşması ilə bağlı dəyərli fikirlərini bölüşüblər.

Sammit çərçivəsində panel müzakirələri təşkil olunub.  Burada dövlət qurumlarının nümayəndələri, yerli şirkətlərin rəhbərləri, o cümlədən “Bakcell”in baş icraçı direktoru Rainer Rathgeber korporativ innovasiyaların əhəmiyyəti, bu sahədə qurulan tərəfdaşlıqlar və çətinliklər və innovasiyaların biznesdə tətbiqi təcrübəsini müzakirə edib. Qeyd edək ki, tədbirə yerli və beynəlxalq təşkilatlardan 400-dən çox biznes və sənaye lideri qatılıb.

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department