BİZNES

Azərbaycanda sement zavodu yenidən adını dəyişdi

"HGC Group" MMC öz adını dəyişdirib və əvvəlki kimi Qazax Sement Zavodu adlanacaq.

" Akkord" şirkətlər qrupunun sement zavodu 2010-2014-cü illərdə inşa edilib. 2016-cı ildə "Heidelberg Cement AG" (Almaniya) şirkəti sement zavodunun səhmlərinin 50%-ni əldə edib və rebrendinq həyata keçirib. İndiki ad dəyişikliyi şirkətdə səhm dəyişiklikləri ilə bağlı deyil, deyə "Qazax Sement Zavodu" MMC-də Turan-a bildiriblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)