Elm və Texnologiya

"Huawei" insanların izlənmələri üçün nəzərdə tutulmuş çoxlu sayda texnologiyanın yaradılmasında iştirak edibmiş

   Washington Post saytı Huawei şirkətinin izləmə texnologiyalarının yaradılmasında iştirakını sübut edən materialları dərc edib. Məlumata əsasən sözügedən araşdırmanın əsasını Huawei şirkətinin saytında yerləşdirilmiş prezentasiya faylları təşkil edirlər. Lakin həmin fayllar keçən ilin sonunda şirkət saytından siliniblər. Beləliklə həmin fayllarda səs identifikasiyası və vətəndaşların izlənmələri texnologiyalarının, əmək vasitəsilə yenidən təhsil təşkilatlarının sistemlərinin və üz identifikasiyası əsasında pərakəndə satıcılar üçün nəzərdə tutulmuş rəqəmsal alətlər barəsində məlumatlar əks olunublar. 2018-ci ili əhatə edən prezentasiyada Huawei şirkətinin iFlytek adlı şirkət ilə birlikdə hazırladğı səs identifikasiyasının idarəsi platforması təsvir edilib. Qeyd etmək lazımdır ki, iFlytek süni zəka sahəsində fəaliyyət göstərən şirkətdir. Beləliklə prezentasiyadakı məlumatlara əsasən sözügedən platforma insan səslərinin səslənmə tərzlərini məlumatlar bazasındakı nümunələr ilə müqayisə edərək bu və ya digər şəxsi identifikasiya edə bilir.

İdentifikasiya üçün nəzərdə tutulmuş məlumatlar isə telefon yazılarından və smartfonlar üçün nəzərdə tutulmuş tətbiqlərdən gəlir. Prezentasiyada təsvir edilmiş daha bir texnologiya Huawei and Hewei Smart Prison Unifed Platform adını əldə edib.

    Söhbət, islah müəssisələri üçün nəzərdə tutulmuş smart alətlər kompleksini təklif edən proqram platformasından gedir. Adından da bəlli olduğu kimi sözügedən platforma Çinin Shanghai Hewei Technology şirkəti ilə birgə hazırlanıb. Sözügedən platforma özündə videomüşahidə və smart darvaza sistemlərinin idarəsini, məhbusların iş qrafiklərinin tərtib edilmə vasitələrini, əmək və tərbiyə xarakterli tədbirlərdə iştirak davamiyyətinin idarəsini və həmçinin bu cür tədbirlərin qiymətləndirilməsi ilə analizi üçün nəzərdə tutulmuş alətləri birləşdirir. Məlumatda qeyd edilib ki, sözügedən platforma Daxili Monqolustan Muxtar Rayonunun və Şansi əyalətinin qapalı müəssisələrində istifadə edilib. Məlumatda əsasən Huawei həmçinin PCI-Suntek adlı şirkət ilə birlikdə vətəndaşların monitorinqi üçün nəzərdə tutulmuş izləmə sistemini də yaradıb. Sözügedən sistem siyasi motivlər və ya cinayət əməllləri səbəbilə dövlət tərəfindən təqib edilən vətəndaşların izlənmələri üçün nəzərdə tutulub.

İnsanların axtarışında və onların yerləşdikləri yerlərin təyin olunmasında müxtəlif vasitələrdən istifadə edilir. Bura həmçinin üz identifikasiyası və elektron cihazların monitorinqi sistemləri də daxildirlər.

    Məlumatlarda həmçinin Çinin qərb hissəsində yerləşən Sincan-Uyğur Muxtar Rayonunda istifadə olunan xüsusi izləmə sistemi də əks olunub. Həmin sistemin əsasını isə Huawei təchizatları təşkil edir. Həmin təchizatlar yaşayış məntəqələrindəki magistral yollarda və müvəqqəti yaşayış mərkəzlərində quraşdırılıblar. Sözügedən sistemi Huawei şirkəti DeepGlint adlı şirkət ilə birlikdə hazırlayıb. Jurnalistlər şirkət əməkdaşlarının korporativ izlənmələri üçün nəzərdə tutulmuş sistem kateqoriyasını aşkar ediblər. Huawei 4D Vector adlı şirkət ilə birlikdə xüsusi platforma hazırlayıb və həmin platforma əməkdaşların yerdəyişmələrini izləyir. Hansısa əməkdaşın iş zamanı yatdığı, iş yerində olmadığı və ya iş zamanı tamamilə başqa məşğuliyyətə diqqət ayırdığı vaxt sözügedən sistem lazımi bildirişi ötürür. Sözügedən platforma həmçinin ticarət mərkəzlərindəki şəxslərin üzlərini skan və onların baş çəkdikləri ticarət nöqtələrini təyin edərək həmin şəxslərin profillərini tərtib edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)