Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərin (əmlakın) və nağd pul vəsaitlərinin sığortalanması üzrə sığorta şirkətinin seçilməsi üzrə təkrar tenderin baş tutmadığını elan edib.
“Dövlət satınalmaları haqqında” qanunun 11.1-ci maddəsinə əsasən (tenderdə iştirak edənlərin sayı üçdən azdır) tender baş tutmamış hesab edilib”, - deyə bankdan bildirilib.
AMB əmlak və nağd pul sığortası xidmətlərinin 2022-ci il yanvarın 1-dən göstəriləcəyini gözləyirdi və bir illik nəzərdə tutulub.