Hesabatlar

Dövlət büdcəsi yanvar-noyabr aylarından 0,5%-i profisitlə çıxıb

Azərbaycanın 2021-ci ilin yanvar-noyabr ayları üzrə dövlət büdcəsinin profisiti əməliyyat məlumatlarına əsasən 415,8 milyon manat və ya hesabat dövründə ÜDM-in 0,5 faizini təşkil edib.

Maliyyə Nazirliyinin əməliyyat məlumatlarına əsasən, dövlət büdcəsinin gəlirləri 22 milyard 725,3 milyon manat (ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə artım 2,2 faiz), xərcləri 22 milyard 309,5 milyon manat (artım 0,7 faiz) olub.

11 ayda Azərbaycanda ÜDM-in nominal həcmi 80 milyard 688,2 milyon manat təşkil edib.

2021-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 25 milyard 427 milyon manat, xərcləri isə 28 milyard 543 milyon manat təşkil edir. 2021-ci il dövlət büdcəsinin kəsiri 3 milyard 116 milyon manat və ya ÜDM-in 4,1 faizi səviyyəsində proqnozlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)