Neft "yaşıl zona"da satılır: Balaşmanı şərtləndirən amillər
Bu gün neft qiymətləri Federal Ehtiyat Sisteminin (FRS) qərarları sayəsində qlobal bazarlarda risklərin artımı fonunda bahalaşıb. Qiymətləri dəstəkləyən başlıca amillər ABŞ-ın neft ehtiyatlarında gözləniləndən daha əhəmiyyətli dərəcədə azalma və omikron ştammının yaranmasına baxmayaraq enerji tələbinin güclü olaraq qalmasıdır.
Londonun ICE Futures birjasında saat 09:20-də Brent markalı neftin fevral fyuçerslərinin dəyəri bir barel üçün 74,43 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışına olan qiymətdən 0,55 dollar (0,74%) bahadır.
Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda yanvar ayı üçün WTI markalı xam neftin fyuçerslərinin qiyməti bu vaxta qədər bir barel üçün 71,55 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 0,68 dollar (0,96%) çoxdur.
Energetika Nazirliyinin həftəlik hesabatına əsasən, ABŞ-da kommersiya neft ehtiyatları keçən həftə 4,58 milyon barel azalaraq 428,29 milyon barrelə düşüb. Bloomberg-in sorğusuna qatılan ekspertlər orta hesabla onların 1,7 milyon barel azalacağını gözləyirdilər.
Benzinin inventar ehtiyatları 719 min barel, distillələrin ehtiyatları 2,85 milyon barel azalaraq 123,76 milyon barelə düşüb. Analitiklər benzin ehtiyatlarının 2,05 milyon barel, distillatların isə 1 milyon barel artacağını proqnozlaşdırıblar.