“Türkiyəyə investisiya qoyuluşumuz 19 milyard dollardan çoxdur”
“Azərbaycanla Türkiyə arasında ticarət əlaqələri nəinki səngiməyib, əksinə daha sürətlə inkişaf edib. Hazırda Azərbaycanın xaricə yatırdığı sərmayələrin məbləğinə görə Türkiyə ilk yerdə qərarlaşıb”.
ENA.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunda deyib.
Onun sözlərinə görə, hazırda bu sərmayələrin məbləği 19 milyard ABŞ dollarından çoxdur.
“Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırıran ölkələr arasında da Türkiyə birinci yerdə durur”, - nazir əlavə edib.