Sağlamlıq

Bill Qeyts koronavirus pandemiyasının sona çatacağı vaxtı açıqlayıb

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts bildirib ki, koronavirusun yeni ştamları və əhalinin peyvənd edilməsində yaranan çətinliklər səbəbindən pandemiyanın sonu yaxın deyil.

Bu barədə ENA.az “Business Insider”ə istinadən yazır.

Onun sözlərinə görə, COVID-19 pandemiyasının kritik mərhələsi 2022-ci ildə başa çatacaq.

"Başqa bir proqnoz vermək axmaqlıq ola bilər, amma düşünürəm ki, pandemiyanın kəskin mərhələsi nə vaxtsa 2022-ci ildə başa çatacaq", - Qeyts deyib.

Milyarderin sözlərinə görə, 2022-ci ildə koronavirusun yayılması qlobal miqyas daşımayacaq, əksinə, yerli xarakter alacaq.

"Ümid edirəm ki, bir neçə il sonra hər payızda COVID-19 və qripə qarşı peyvənd olunduğunuz zaman virus haqqında düşünməli olacaqsınız", - o əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)