Birja

Neft bahalaşır

Neft qiymətləri yeni həftəyə artım ilə başlayıb.

ENA.az xəbər verir ki, Bakı vaxtı ilə saat 08:24-də Brent nefti 1,3% bahalaşma ilə 76,10 dollardan, ABŞ xam nefti isə (WTI) 1,4% bahalaşma ilə 72,66 dollardan ticarət olunub.

Geosiyasi gərginliklər və təlabatın artması neftin bahalaşmasına səbəb olur.

Koronavirusun Omikron variantının yaratdığı narahatlıqlar ilə əlaqədar olaraq ötən günlərdə Brent neftinin qiyməti 68 dollar səviyyələrinədək düşmüşdü.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)