Neft dəyərini itirir - SON QİYMƏT

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,93 dollar və ya 2% azalaraq 45,61 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,61 dollar və ya 1,11% azalaraq 54,30 dollar təşkil edib.