Yaşayış minimumu 180 manata yüksəldi
Bu il Azərbaycanda ehtiyac meyarı 143manat, yaşayış minimumu isə ölkə üzrə 180 manat olacaq.
"BI" xəbər verir ki, bu il ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq olunub. 2019-cu il üçün yaşayış minimumu isə ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.