Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb
Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb.
ENA.az xəbər verir ki, “Hürkuş” tipli təyyarə hərbi təlim üçün nəzərdə tutulub.
Dekabrın 3-də Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı təyyarəyə baxış keçiriblər.
Azərbaycanlı və türkiyəli pilotlar təyyarənin üzərində iki ölkənin bayrağını dalğalandırıblar.
Diplomat tviter səhifəsində təyyarə ilə bağlı paylaşım edib.
“Bu gün Azərbaycanda “Hürkuş” uçurduq”, - C.Bağçı bildirib.