Bir sıra sosial ödənişlərin minimum məbləğləri artırıla bilər
"Bir sıra sosial ödənişlərin minimum məbləğlərinin artırılması istiqamətində təkliflər hazırlanıb".
ENA.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov “Sosial saat”da çıxışı zamanı deyib.
Onun sözlərinə görə, artıq təkliflər hökumətə təqdim olunub və hazırda baxılmaqdadır.
Sədr bildirib ki, bu istiqamətdə müvafiq işlər həyata keçirilir: “Bu artımlar vətəndaşlara ödənilən xərclərin orta aylığına öz müsbət təsirini göstərir. Müqayisə etdikdə pensiyanın minimum məbləğində, təxminən, 82 faiz artım olduğunu görürük. Eyni zamanda orta aylıq pensiya məbləğində 60 faizlik, yaşa görə pensiyanın orta aylıq məbləğində 53 faizlik, müavinətlərin orta aylıq məbləğində, təxminən, 2 dəfəyə yaxın - 95 faizlik artım var. Həmçinin ünvanlı sosial yardımın bir ailəyə düşən məbləğində də 80 faizin üzərində artım var”.