Azərbaycanda texnologiya şirkətinə yeni rəhbər təyin edilib
Azərbaycanda fəaliyyətdə olan “İDRAK Texnoloji Transfer” MMC texnologiya şirkətinin baş inzibatçı direktoru dəyişib.
Məlumata görə, Fərrux Mirzəyev “İDRAK Texnoloji Transfer” MMC-nin baş inzibatçı direktoru təyin edilib. O, 2018-ci ilin noyabrından 2021-ci ilin noyabrına qədər bu şirkətin İdarə Heyətinin üzvi və baş maliyyə inzibatçısı kimi çalışırdı. İndiyə qədər rəhbər olan Hikmət Abdullayev vəzifədə çalışırdı.
F.Mirzəyev, 2015-2017-ci illərdə “Gilan Holding”in törəmə şirkətində baş maliyyə inzibatçısı, 2017-2018-ci illərdə “AS Group”un baş maliyyə inzibatçısı və İdarə Heyətinin üzvi vəzifələrində çalışıb.
“İdrak LTD” şirkəti 1990-cı ildə təsis edilmişdir. 2003-cü ildə Şirkət “İDRAK TEXNOLOJİ TRANSFER” adı altında qeydiyyatdan keçmişdir. Şirkətin əsas fəaliyyət istiqaməti müxtəlif mürəkkəblik səviyyəsinə malik informasiya sistemlərinin layihələndirilməsi, tətbiqi və müşayiət edilməsidir. Şirkət aparat və proqram təminatının işlənib hazırlanması, istehsal, sistem inteqrasiyası, texniki xidmət və dəstək göstərilməsi sahəsində həllər təklif edir.