Azərbaycan hasilatın artırılmasına razılıq verib
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 23-ci iclasında, gündəlik neft hasilatının gələn ilin yanvarında 400 min barrel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.
Bu barədə ENA.az Energetika Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, “OPEC plus” un bu razılaşmasında yanvara planlaşdırılan növbəti iclasa qədər pandemiyanın inkişafının və onun bazara təsirllərinin diqqətlə izlənilməsi, zərurət yaranacağı təqdirdə dərhal mövcud qərara düzəliş edilməsi də vurğulanır.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, “OPEC plus”un avqustdan həyata keçirilən hasilatın tədricən artırılması ilə bağlı planı bazarın balanslaşdırılmasına töhfə verir və biz doğru yolla irəliləyirik. Azərbaycan “OPEC plus”un yeni qərarını dəstəkləyir.