Bakıda bayram çadırları qurulur – RƏSMİ
Bu gündən metrostansiyaların çıxışlarında bayram yarmarkaları üçün çadırlar qurulmağa başlayıb.
Artıq metronun “Xalqlar dostluğu” və “28 May” stansiaylarının çıxışların yarmarka çadırları qurulub.
Bakı Şəhəri İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən Modern.az-a faktı təsdiqləyiblər. Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən icazə veriləcəyi təqdirdə bütün metrostansiyaların çıxışında bayram çadırları qurulacaq.
Qeyd edək ki, hər il Bakıda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar – Yeni il bayramı münasibətilə metrostansiyaların qarşısında bayram yarmarkaları qurulur. Ötən il isə pandemiya səbəbidən bayram yarmarkası təşkil edilməmişdi.