TURİZM

Dünyanın yaşamaq üçün ən bahalı şəhərləri seçilib

İsrailin paytaxtı Təl-Əviv 2021-ci ildə yaşamaq üçün ən bahalı şəhər hesab olunub.

Məlumata görə, bu barədə Böyük Britaniyanın "Economist Group" şirkətinin tərtib etdiyi reytinqdə deyilir.

Qeyd olunur ki, ötən il beşinci yerdə olan Təl-Əviv bu il ilk pilləyə yüksəlib. Ekspertlərin fikrincə, bu, İsrail şekelinin ABŞ dollarına nisbətən məzənnəsinin uzun müddət yüksək qalması ilə əlaqədardır. Bu il ərzində İsrail paytaxtında mal və xidmətlərin dəyəri ötən illə müqayisədə 3,5 faiz artıb.

Ötən il reytinqdə birinci olmuş Fransanın paytaxtı Paris ikinci pilləyə geriləyib, Sinqapur isə ilk üçlüyü tamamlayıb.

Bundan başqa, ən bahalı şəhərlər sırasında ilk onluqda Sürix, Honq Konq, Nyu-York, Cenevrə, Kopenhagen, Los-Anceles, Osaka yer alıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)