Sağlamlıq

Koronavirusa yoluxanların yeni sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 857 yeni yoluxma faktı qeydə alınıb, 1 091 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 586 640 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 552 815 nəfər müalicə olunaraq sağalıb, 7 833 nəfər vəfat edib. 25 992 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5594, bu günə qədər isə ümumilikdə 5 526 664 test icra olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department