Elm və Texnologiya

“Xiaomi” ildə 300 min elektromobil istehsal edəcək zavod tikəcək

“Xiaomi” şirkəti Pekində ildə 300 min elektrikli avtomobil istehsal edəcək zavod tikəcək.

Məlumata görə, zavodun tikintisi iki mərhələdə aparılacaq. Şirkətin baş direktoru Lei Junun sözlərinə görə, elektrikli avtomobillərin kütləvi istehsalı 2024-cü ilə planlaşdırılır.

Xatırladaq ki, daha əvvəl 2021-ci ilin martında “Xiaomi” 10 il ərzində elektromobillərin istehsalına 10 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlamışdı.

Hazırda şirkət Çində smartfonların satışı şəbəkəsini inkişaf etdirir, lakin gələcəkdə onun avtomobillərin satış şəbəkəsinin yerləşdirilməsi üçün tramplin olacağını hesab edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)