Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/nizami83/public_html/includes/Parser.php on line 129
Yerli nəqliyyat-ekspedisiya xidmətləri göstərənlərə vergi güzəşti ediləcək | ENA.az
Sosial iqtisadiyyat

Yerli nəqliyyat-ekspedisiya xidmətləri göstərənlərə vergi güzəşti ediləcək

Vergi Məcəlləsinə təklif olunmuş mühüm dəyişikliklərdən biri beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsinin əlavə dəyər vergisinə (ƏDV) sıfır dərəcə ilə cəlb edilməsidir.

ENA.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, mövcud qanunvericilikdə beynəlxalq və tranzit yük-sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti ƏDV-yə “0” dərəcə ilə cəlb edildiyi halda, həmin fəaliyyətə bağlı yardımçı nəqliyyat xidmətləri olan beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi ƏDV-yə 18% dərəcə ilə cəlb edilir.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, nəqliyyat ekspedisiya xidmətlərini təşviq etmək, digər tranzit ölkələr də analoji fəaliyyətlə məşğul olan xarici müəssisələrə rəqabətdə yerli nəqliyyat-ekspedisiya xidmətləri göstərən şəxslərin dayanıqlılığını təmin etmək məqsədilə beynəlxalq və tranzit yük və sərnişin daşınması ilə bilavasitə bağlı olan ekspeditor xidmətlərinin göstərilməsinin ƏDV-yə “0” dərəcə ilə cəlb edilməsi nəzərdə tutulur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)