Qarabağ

Soçidə Əliyevlə Putin arasında görüş başladı - YENİLƏNİB

Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.

ENA.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib: “Prezident Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə indicə söhbətə başlayıb. Bu görüş bitəndən sonra Putin, Əliyev və Paşinyan arasındakı görüşü gözləyəcəyik”.

Kreml sözçüsünün sözlərinə görə, bundan sonra Putinin Paşinyanla təkbətək görüşü olacaq.

***

V. Putin qeyd edib: “Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir”.

Rusiya Prezidenti sülhməramlılardan da danışıb: “Rusiyalı sülhməramlılar Qarabağdakı vəziyyətdə müsbət rol oynayırlar. Qarabağda hələ də bəzən problemlər baş verir, vaxtaşırı qurbansız ötüşmür”.

Putin daha sonra əlavə edib: “Azərbaycan məktəblərində uşaqların 34%-i rus dilində təhsil alır ki, bu da bu xalqın Rusiya Federasiyası ilə sıx əlaqə saxlamaq istəyində olmasından xəbər verir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)