Hadisə

Bakıda ödəmə terminalı oğurlandı: İçində külli miqdarda pul olub

Bakıda mağazadan oğurluq olub.

Suraxanı rayonu, Bülbülə qəsəbəsində marketlərdən birinin qapısı sındırılmaqla “E-manat” ödəmə terminalı oğurlanıb.

Terminal bir qədər aralıda sındırılıb.

İçərisində olan 3 450 manat pul oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)