Sosial iqtisadiyyat

Botanika İnstitutu və Nəbatat Bağına yeni direktorlar TƏYİN OLUNDU

Biologiya elmləri doktoru Səyyarə İbadullayeva AMEA-nın Botanika İnstitutunun, Natiq Allahverdiyev isə Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsinə təsdiqləniblər.

ENA.az-ın məlumatına görə, bu barədə qərar AMEA Rəyasət Heyətinin dünən keçirilən iclasında qəbul edilib.

Tədbirdə çıxış edən Natiq Allahverdiyev AMEA rəhbərliyinin tapşırığı ilə son aylarda Mərkəzi Nəbatat Bağında aparılan yoxlamalardan və mövcud problemlərdən danışıb.

N.Allahverdiyev qeyd edib ki, müəssisənin sabiq rəhbərliyi və Botanika İnstitutunun keçmiş direktorunun birgə iştirakı əsasında bağ üçün ayrılan və ekskursiyadan əldə olunan maliyyə vəsaitləri mənimsənilib, nəticədə Mərkəzi Nəbatat Bağında heç bir quruculuq işləri həyata keçirilməyib, ərazidəki ağaclar və bitkilər baxımsız vəziyyətdə qalıb.

N.Allahverdiyev əlavə edib ki, müəssisənin ərazisində suvarma sisteminin səmərəli təşkili məqsədilə yeni su boruları çəkilib, ərazidəki kol-kos və qurumuş ağaclar təmizlənib, zəif inkişaf etmiş tinglər yenisi ilə əvəzlənib. Həyata keçirilən yenidənqurma və bərpa işlərinin ilin sonuna kimi tamamlanacağını deyən N.Allahverdiyev hazırda Mərkəzi Nəbatat Bağının ekskursiyaya açıq sahələrinin yolboyu hissələrində beton döşəmə plitələrinin salındığını, işıqlandırma sisteminin quraşdırıldığını diqqətə çatdırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)