BİZNES

Özbəkistanın 80 istehsalçı şirkətindən ibarət biznes missiyası Bakıya gələcək

Özbəkistanın 80 istehsalçı şirkətinin təmsil olunduğu biznes missiyası “Made in Uzbekistan” sərgisində məhsullarını təqdim etmək üçün dekabrın ortalarında Bakıya gələcək.

ENA.az Özbəkistanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, sərgi və təqdimat dekabrın 15-17-də “Baku Marriott Boulevard Hotel”də keçiriləcək.

Özbəkistan şirkətləri tekstil, dəri, ayaqqabı, ipək, qida, kimya, elektrik və texniki avadanlıq, əczaçılıq, tikinti, mebel və maşınqayırma sənayesi məhsulları təqdim edəcəklər.

Biznes missiyasının səfəri Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında İcracın Təşviqi Agentliyinin təşkilatçılığı ilə baş tutacaq.

Əsas məqsəd Özbəkistanın milli məhsullarını təşviq etmək, Özbəkistan və Azərbaycanın biznes dairələri arasında əlaqələr qurmaq, ixracı genişləndirmək, sərgi iştirakçılarını ölkənin istehsal potensialı ilə tanış etməkdir.

İştirakçı şirkətlər istehsal etdikləri məhssllları təqdim edəcək, Azərbaycan istehsalçıları ilə ikitərəfli danışıqlar aparacaqlar.

Sərgi çərçivəsində həmçinin Özbəkistanın qastronomiya mədəniyyəti nümayiş olunacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)