Azərbaycana gətirilən siqaretin həcmi kəskin azalıb
2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 13 milyon 364,69 min dollar dəyərində siqaret idxal edilib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 21% azdır.
Hesabat dövründə Azərbaycana siqaretin əsas tədarükçüsü Ukrayna olub. Bu ölkədən 11 milyon 421,68 min dollar dəyərində siqaret idxal olunub. Bu, 22,2% azalma deməkdir. Bütövlükdə, Azərbaycana siqaretin idxal dəyərinin 85,5%-i Ukraynanın payına düşüb.
Bundan başqa, yanvar-sentyabrda Rusiyadan Azərbaycana 1 milyon 848,42 min dollar dəyərində siqaret idxal edilib. Bu isə 17,9% azalma olduğunu göstərir.
2020-ci ildə Azərbaycana 25 milyon 308,84 min dollar dəyərində siqaret idxal olunub ki, bu da 2019-cu ilin göstəricisindən 2,8 dəfə azdır.