MALİYYƏ

“Fitch”: “SOCAR gəlirlərini bərpa edəcək”

“Fitch” beynəlxalq reytinq agentliyi Dövlət Neft Şirkətinin (SOCAR) Müstəqil Kredit Profilini (SCP) “b+” səviyyəsində qiymətləndirir, əsas məhdudiyyətin yüksək borcun kapitalın dəyərinə nisbəti (“leverage”) olduğunu bildirir. Bu nisbət yüksək olsa da, nəzarət altındadır”.

EN.azxəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

“SOCAR-ın 2020-ci il performansı tənzimlənən daxili qiymətlər və güclü ticarət əməliyyatları səbəbindən zəif beynəlxalq neft qiymətlərinə baxmayaraq kifayət qədər güclü olub. Şirkətin bu il, daha yüksək beynəlxalq neft qiymətləri və 2021-ci ilin yanvar ayından etibarən tənzimlənən yanacağın qiymətlərinin artması ilə gəlirlərini bərpa edəcəyi gözlənilir”, - deyə “Fitch” bəyan edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)